"Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev

21:18 | 26.02.2021

"Qondarma "DQR" rəhbərinin məsuliyyətə cəlb olunmasına nail olacağıq" - Kamran Əliyev

Özünü qondarma respublikanın rəhbəri elan etmiş şəxs və onunla birgə olan digər şəxslərə qarşı cinayət məcəlləsinin müvafiq maddələri ilə ittihamlar irəli sürülüb".

Anews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

O bildirib ki, həmin ittihamlar sübutlarla təsdiq olunub: "Gec-tez həmin şəxslərin məsuliyyətə cəlb edilməsinə nail olunacaq".

Baş prokuror onu da qeyd edib ki, əvvəllər qanunsuz fəaliyyət göstərən qondarma "Dağlıq Qarabağ Respublikasının rəhbərləri" tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərə görə ümumilikdə 304 nəfər axtarışa verilib.

Axtarışda olanlardan 40 nəfəri Xocalı soqırımının iştirakçılarıdır

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb