Qondarma erməni soyqırımı haqqında qanun layihəsi səsə qoyuldu

11:58 | 27.01.2014
Qondarma erməni soyqırımı haqqında qanun layihəsi səsə qoyuldu

Qondarma erməni soyqırımı haqqında qanun layihəsi səsə qoyuldu

"Erməni soyqırımı" haqqında qanun layihəsi Kaliforniya ştatının Təxsisatlar üzrə Komitəsi tərəfindən bəyənilib. ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ştat qanunverici yığıncağında Adri Nazaryan tərəfindən gündəliyə daxil edilən qanun layihəsi səsverməyə qoyulub. ştatın tədris proqramına daxil edilməsi nəzərdə tutulan "soyqırım" haqqında qanun layihəsi Komitə tərəfindən bəyənilib. Ermənistan KİV-nin yaydığı məlumata görə, əgər layihə qanunverici orqanın hər iki palatası tərəfindən qəbul edilərsə və qubernator tərəfindən qanun layihəsi imzalanarsa, o zaman Kaliforniyanın dövlət məktəblərində "erməni soyqırımı" mövzusunun tədrisi mümkün olacaq. Qeyd edək ki, bir müddət öncə ABŞ-ın Kaliforniya ştatının parlamentinin təhsil komitəsi “erməni soyqırımı”nı təhsil proqramına daxil etmək haqqındakı qanun layihəsini yekdilliklə qəbul edib. Kaliforniya Əyalət Məclisi üzvü Adri Nazaryan tərəfindən irəli sürülən qanun layihəsi uzun müzakirələrdən bəyənilib. Qanuna görə, dövlət məktəblərinin 7-12-ci siniflərinin tədris proqramlarında qondarma genosid barədə məsələlərə yer ayrılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM