"Qondarma "erməni soyqırımı”nın tanınması daha çox Azərbaycana təsir edəcək” - MÜSAHİBƏ

11:42 | 21.04.2015

"Qondarma "erməni soyqırımı”nın tanınması daha çox Azərbaycana təsir edəcək” - MÜSAHİBƏ

ANN.Az xəbər portalının müsahibi hüquqşünas Ələsgər Məmmədlidir. Onunla müsahibəni oxuculara təqdim edirik:


- Roma Papası I Fransiskin qondarma erməni soyqrımını tanımaqla nəyi nümayiş etdirmək istədi? Ola bilərmi o, hər hansı təzyiq altında bunu etdi? Qeyd edək ki, bəzi politoloqların bununla bağlı iddiaları var.
 
- Bu məsələnin tarixi kökünə baxdıqda qərəzdən doğduğu aydın olunur. Çünki faktiki olaraq, Roma Papası və Vatikan tarix boyu daima Osmalının qəzəbinə tuş gəlməkdən və yox olmamaqdan ötrü daima fitnə-fəsadla məşğul olub. Əslində bu 100 il ərzində baş vermiş hadisəyə indi soyqırım adı vermək tamamilə siyasi addımdır. Bu hadisə heç bir tarixi hadisəyə söykənmir. Bu o deməkdir ki, Türkiyə dövləti hər zaman siyasi arxivlərin açılmasına və hadisələri olduğu kimi göstərməyə hazırdır. Mübarizə zamanı osmanlı və ermənilər tərəfdən xeyli itki olub. Amma bu hadisəyə tək ermənilərin öldürülməsi və soyqırım adı verilməsi yanlış fikirdir. Roma Papası hələ Argentinada olduğu zaman bu mövzu ilə bağlı elmi iş yazırdı. Məhz bu qondarma sorqırımın 100 illiyi ərəfəsində Papanın bir növ öz yazılarını meydana çıxarması üçün əlinı fürsət düşdü və Papada bundan məharətlə istifadə etdi. Roma Papasının bu hadisəni soyqırım adlandırmasında əsas məqsədi siyasi tarixə əsaslanmaqdır. Vatikanın bu addımı atması, yəni olmayan bir hadisəyə soyqırım adı verməsi, bir növ dövlətlər arasında münaqişənin qızışdırmasıdır. Amma bu Vatikan tərəfindən səhv atılmış bir addımdır. Gec də olsa, Vatikan bu səhv hərəkətini qəbul edib, Türkiyədən üzr istəyəcək. Roma Papasının bu addımı, yəni bu hadisəyə soyqırım adı verməsi heç kim tərəfdənhəyata keçirilməyib. Bu yalnız Roma Papasının atdığı siyasi bir addımdır.
 
- Aprelin 24-də İrəvanda keçiriləcək qondarma "erməni soyqrımı"na Papa Fransiskin də qatılacağı gözlənilir. Həmin gün Türkiyədə də başqa bir tədbir "Çanaqqalanın 100 illiyi” keçiriləcək. Bir müddət əvvəl Papanın Türkiyəyə səfəri olmuşdu. Həmin səfərin ardından erməni soyqırımını tanımasının və İrəvana səfər etmək istəməsinin Türkiyə səfəri ilə birbaşa, yaxud dolayısı ilə hər hansı əlaqəsi varmı? Ola bilərmi ki, Papa Türkiyə səfərindən o qədər razı qalmayıb?
 
 
- Türkiyə son 10 ildə öz daxilində bir böyümə keçirir. İqtisadi böhranlar olmasına baxmayaraq, Türkiyə bundan çox təsirlənmədi. Buna paralel olaraq, Türkiyənin qonşu dövlətləri inkişafdan qalır. Bunun üçün də bir çox düşmən mövqeli dövlətlər kimi Vatikanın da bu inkişafdan xoşu gəlmir və fürsət düşən kimi Türkiyəyə qarşı öz planlarını həyata keçirir. Vatikanın bu addımı atması Roma Papasının Türkiyəyə etdiyi son səfərdən razı qalmamağı ilə bağlılığı yoxdur. Vatikan istəmir ki, Türkiyə inkişaf etmiş ölkələrlə daha geniş əlaqə qursun. Baxmayaraq ki, Türkiyənin İsrail dövləti ilə əlaqələri demək olar ki çox pis vəziyyətdədir. Amma Türkiyə indiyə kimi dünya ölkələri arasında öz sözünü deyərək öz yerini tutub. Bu əlaqənin pis olması Türkiyə üçün çox da böyük fəsad törətmir. Vatikanın Türkiyəyə qarşı gördüyü bütün işlər onların inkişafının qarşısını almaqdır. Vatikanla Azərbaycanında əlaqələri çox isti idi və Vatikan bu addımı atanda ən azından bizi də nəzərə alıb sonra qərar verə bilərdi. Çox təəssüf ki, Vatikan bu mpvqeyini gözləmədi. Bunun əksi olaraq tam aqressiv yanaşma sərgilədi. Bunun da əsas səbəbi bölgədə artan nüfüzun qarşısını almaq idi.
 
 
- Avropa Parlamenti qondarma "erməni soyqrımı" haqqında qətnamə qəbul etdi. Roma Papasının və Avropa Parlamentinin atdıqları bu addımdan sonra dünya, xüsusilə də Avropa ölkələri, eləcə də ABŞ-dan hansı addımlar gözləmək olar?
 
 
- Ümumiyyətlə, son illər dünya ölkələri arasında soyqırımların tanınması prosesi gedir. Xüsusilə də, harada bir az erməni lobbisi güclüdürsə, harada bir az erməni toplusu varsa... Onlar bu işlərdən istifadə edib öz qondarma soyqırımlarını dünya ölkələri arasında tanıtmaq istəyirlər və heç bir hüquqi əsası olmayan siyasi qərarlar çıxarırlar. Ermənilərin güclü lobbilərinin sayəsində ABŞ-ın kiçik əyalətinin parlamentinin bu uydurma soyqırımı tanıması o demək deyil ki, bu soyqırım dünya tərəfindən qəbul edilir. Amma bu proseslərin qarşı alınmalıdır. Ermənilər bu uydurma soyqırımı tanıtmaqla əsas məqsədi Türkiyə kimi böyük bir dövlətin inkişafına, daha da böyüməsinə mane olmaqdır. Son 15 ilə nəzər salsaq görərik ki, ermənilərin bu istiqamətdə elə böyük bir uğuru yoxdur. Çünki dünya ölkələri bilir ki, ermənilərin tarixi arxivi yoxsul səviyyədədir. Bu uydurma soyrımı dəstəkləyənlər ümumiyyətlə, bir növ batmaqda olan erməniləri dirçəltmək istəyirlər.
 
 
- Türkiyə baş naziri Əhməd Davudoğlu erməni əsilli baş müşaviri Etyen Mahçupyan bu münasibətlərin gərginləşdiyi bir zamanda vəzifəsindən çıxardı. Onun vəzifədən azad edilməsi təqaüdə çıxma ilə əlaqələndirildi, amma vaxtilə o, bildirmişdi ki, millətçi deyil: "Buna baxmayaraq 1915-ci ildə baş verənləri mən "soyqırım” adlandırıram”. Erməni əsilli bir şəxsin belə bir vəzifəyə gətirilməsi və indiki vəziyyətdə onun vəzifəsindən azad edilməsini necə şərh edərdiniz?
 
 
- Artıq neçə illərdir Türkiyənin Avropa Birliyinə qəbul olunmaq istəyi reallaşmır. Türkiyə dövləti bu birliyə qoşulmaqda tam səmimidi. Ancaq Avropa Birliyi bu məsələdə heç də səmimi deyil. Misal olaraq, həm demokratik vəziyyəti, həm iqtisadi vəziyyəti Türkiyədən geri olan Bolqarıstanı bu birliyə üzv edir, amma Türkiyəyə yox deyir. Buradan Avropanın bir müsəlman ölkəsinin onların arasına qoşulub daha da möhkəmlənməsinin istəməməsi aydın olur. Digər səbəb kimi o göstərilə bilər ki, Avropa Birliyi ölkələri içərisində parlamentdə təmsil etmək, qərar qəbul etmək əhalinin sayına nisbətlə müəyyən edilir. 81 milyonluq əhalisi olan Almaniyadan sonra 76 milyonluq əhalisi ilə Türkiyə gəlir. Buna görə də həm Almaniya, həm də Avropa Birliyi istəmir ki, Türkiyə gəlib Avropada söz demək haqqına sahib olsun. Bu da heç bir Avropa ölkəsinin arzulamadığı bir şeydir.
 
 
Əhməd Davudoğlu və Rəcəb Tayyib Ərdoğan apardığı siyasət nəticəsində Türkiyə Osmanlı dövlətinin ənənələrini davam etdirən bir ölkəyə çevrildi. Türkiyə tam inkişaf etdikdən sonra Avropa Birliyinə üzv olmaq istəyirdi. Amma hər dəfə bir bəhanə gətirilərək Türkiyəni bu birliyə qəbul etmirdilər və hazırda da etmirlər. Davudoğlu baş nazir seçilərkən özünə erməni əsilli müşavir təyin etdi və izahat da verdi ki, bu addımında heç bir yanlışlıq yoxdur. Çünki o, apardığı siyasətə uyğun olaraq özünə kürd müşavir də təyin etmişdi. Bu baxımdan da Davudoğlunun xoş niyyətindən Mahçupyan istifadə etdi. Bundan başqa Davudoğlu Türkiyə tarixi üçün çox böyük işlər görüb. Hələ üstəlik Türkiyə tarixini araşdırıb, bir neçə kitab yazıb. Həmin kitablar gələcək nəsillərin həqiqəti görməsi üçün böyük vəsaitdir. Ümumiyyətlə, Türkiyədə yaşayan və fəaliyyət göstərən erməni əsilli şəxslər - Mahçupyan, "Aqos” qəzetinin jurnalistləri və digərləri uyğun tribuna tapan kimi özlərinin millətçi olduqlarını sübut edirlər. Əslində, müşavirlik yaşa bağlı bir vəzifə deyil. İnsan yaşlaşdıqca təfəkkür qabiliyyəti daha da inkişaf edir. Bu hadisələrə siyasi don geyindirməmək üçün Mahçupyanı məhz yaşla əlaqədar vəzifədən uzaqlaşdırdı.
 
 
Türkiyədə erməni məktəbləri, erməni kilsələri fəaliyyət göstərir. Əgər bu hadisə soyqırımdırsa, o zaman əlaqələr bu qədər inkişaf etməzdi axı. Erməni kəndində aparılan bir sorğu nəticəsində kənd əhalisinin fikri belə olub: "Əgər ermənilərə qarşı soyqırım olsaydı, biz indi burada olmazdıq”. Fikrimcə, bu cümlədən sonra erməni siyasətçilərinin artıq söz demələrinə ehtiyac belə yoxdur.
 
 
- Mətbuatda Papanın qondarma "erməni soyqırımı"nı 20-ci əsrin ən dəhşətli soyqırımı adlandırmasının əsas səbəbi erməni diasporunun Vakitan Bankına 25 milyard dollar yatırması göstərilir. Bu xəbər nə dərəcədə inandırıcı ola bilər?
 
 
- Bunlar tamamilə uydurma sözlərdir. Çünki ermənilər heç vaxt bu miqdar pul ayırmazlar ki, Papa bu sözü ifadə etsin. Ümumiyyətlə, bunlar pulnan satın alına biləcək şeylər deyil. Ümumiyyətlə, xristianlar hər zaman bir-birlərinə dəstək olurlar. Bu nüans özünü bir daha Vatikan-Ermənistan əlaqələrində göstərdi. Papa öz siyasi addımını yanlış da olsa atır. Amma vaxt gələcək gec də olsa, bu yanlışlığı Papa Fransisk dərk edəcək.
 
 
- Bu gərgin münasibət Türkiyə -Erməsitan sərhədlərinin açılmasını məsələsinə necə təsir göstərəcək? Türkiyə yenə də öz sözünün arxasında dayanacaqmı?
 
 
- Əslində Türkiyə daha güclü olmaq üçün tolerant davranmaq istəyir. Bu 2007-2008-ci illərədə özünü daha aydın şəkildə göstərirdi. Dövlət adamlarıqonşu ölkələrlə olan problemlərini aradan qaldırmaq istəyir və bölgədə hansısa ölkə ilə probleminin olmasını istəmirdi. Türkiyənin qonşu Ermənistanla sərhədlərinin açılması məsələsi bu günün deyil, 1993-cü ildən qalma problemidir. Qarabağ problemi dərinləşdiyi zaman Türkiyə hökumətinin bu məsələ ilə bağlı bir neçə istəkləri var idi. Bu istəklərin birincisi Qarabağın azad edilməsi, azərbaycanlıların, qaçqın və məcburi köçkünlərin doğma torpaqlarına qaytarılması idi. İkincisi, tarixi soyqırım iddialarında imtina edilməsi idi ki, bu iddialar Türkiyə kimi dövlətin adına böyük bir zərbədir. Üçüncüsü, qonşuluq siyasətində addımların atılması idi. Bu istəklərin heç birini Ermənistan etmədi. Bundan sonra Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması ehtimalı var idi. Və bu anlaşma da baş tutmadı və həmin sənədlər arxivə atıldı. Bu ərəfədə Azərbaycan dövləti də Türkiyəyə öz incikliyini bildirirdi və Türkiyə dövləti də incikliyi görüb bu məsələdə Azərbaycanında mövqeyini nəzərə alaraq sərhədlərin açılmasında ilk olaraq Qarabağ probleminin həll olunmasını istədi. Çox təəssüf hissilə qeyd edirəm ki, bu istək hələ də reallaşmayıb. Münasibətlərin belə gərgin olduğu vaxtda düşünmürəm ki, Türkiyə ilə Ermənistan arasında sərhədlər açılsın. Ən azından ona görə ki, hələ Ermənistan höküməti Türkiyənin heç bir şərtinin qəbul etməyib.
 
 
- Hazırkı siyasi gərginlik fonunda Avropa Birliyi ilə Azərbaycanın münasibətləri hansı istiqamətə yön alacaq? Türkiyənin indiki ağır vəziyyətində rəsmi Bakı hansı addımı atmalıdır?
 
 
- Qondarma "erməni soyqırımı”nın tanınması Türkiyə dövlətindən daha çox bizə təsir göstərəcək. Çünki Türkiyənin itirəcəyi bir şey yoxdur, yəni Türkiyənin nə maddi, nə mənəvi bir itkisi olmayıb. Daha çox siyasi məsələlərdə adı hallanıb. Amma bizim itkilərimiz çoxdur. Bu itkilərimizində birincisi Qarabağdır. Ümumiyyətlə, qondarma erməni soyqırımının tanınması Azərbaycan üçün çox təhlükəlidir. Ona görə ki, Avropa ölkələri çox vaxtı müəyyən standartlardan bəhs edirlər. Avropa stamdartlarında ən əsas məsələ insan hüquqlarının pozulmasının qarşısını almaqdır.
 
 
Bundan başqa biz bu məsələdə Türkiyəni gözləməməliyik. Erməni məsələsində haqsız davranan bir ölkə varsa, biz dərhal öz etirazımızı onlara hər hansı yolla olursa-olsun bildirməliyik. Məsələn, Vatikanın bu hərəkətini, siyasətini aydın şəkildə rədd edə bilərdik. Öz etirazımızı siyasi yollarla - yəni Vatikanla olan münasibətlərimizə yenidən baxacağımızı nümayiş etdirməklə bildirə bilərdik. Bizim Vatikanla əlaqələrimiz hər zaman çox yaxşı, mehriban şəkildə olub. Vatikan bu məsələdə Azərbaycanı da nəzərə alıb, sonradan qərar verməli idi. Vatikan yoxdan bir problem yaradır. Yəni olmayan bir hadisəyə soyqırım adı verir. Əgər Vatikan dünya hadisələrinə belə qiymət verməyi düzgün hesab edirdisə, niyə məhz əsl soyqırımı Xocalı soyrımını yox, hansısa qondarma, uydurma bir hadisəyə soyqırım adı verir. Əsl soyqırımı ermənilər bizə yaşadıblar və biz hələ bütün dünyaya əlimizdə olan video görüntülərlə, şəkillərlə, sübutlarla göstərir ki, bu soyqırımı Azərbaycana yaşadıblar. Bütün cəhdlərimizə baxmayaraq, hələ də bu məsələni dünya ölkələri tanımırlar. Rəsmi Bakı ilə Vatikan arasında olan yaxınlıqdan Vatikan istifadə edib, bizim çətin problemimizi daha da dərinləşdirdi. Azərbaycan bu günlərdə daha fəal olmalı, erməni siyasətinə qarşı yeni tədbirlər görməli və dünyanın hər yerində, hər bir ölkəsində bildirməlidir ki, əsl soyqırımı bizə qarşı törədilib. Bu səbəbdən də hər zaman ermənləri küncə sıxmağı bacarmalıyıq. Bu kimi məsələlərdə rəsmi Bakı hər zaman əlindən gələn dəstəyi göstərməli, Türkiyənin yanında olmalıdır. Və bildirməlidir ki, Azərbaycan hər zaman Türkiyənin yanında olub və olacaqdır.

Söhbətləşdi: Orxan Aslanlı

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb