Qondarma məhkəmə prosesi yekunlaşmaq üzrədir

10:43 | 03.12.2014
Qondarma məhkəmə prosesi yekunlaşmaq üzrədir

Qondarma məhkəmə prosesi yekunlaşmaq üzrədir

Dağlıq Qarabağdakı separatçı rejimin əslən Kəlbəcərdən olan azərbaycanlı girovlar Şahbaz Quilyev və Dilqəm Əskərova qarşı qurduğu qondarma məhkəmə prosesi yekunlaşmaq üzrədir.

ANN.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Şahbaz Quliyevin vəkili Arkadi İsraelyan deyib. Onun sözlərinə görə, bugünkü qondarma məhkəmə prosesində Azərbaycanda bir ildən çox əsir kimi saxlanılan, sonradan öz istəyi ilə üçüncü ölkəyə təhvil verilsə də, Ermənistana qayıdan əsgər Akop İndjiqulyan ifadə verəcək.

Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov bu il iyunun 29-da yaxınlarının qəbrini ziyarət etmək üçün doğma kəndlərinə - Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüb.   Daha sonra ermənilər tərəfindən öldürülən Həsən Həsənovun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.  

Azərbaycanlı girovlara qarşı qondarma məhkəmə prosesi oktyabrın 27-də başlayıb.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM