Qondarma rejim 480 km ərazini minalayıb - Nazir

21:15 | 04.11.2023
Qondarma rejim 480 km ərazini minalayıb - Nazir

Qondarma rejim 480 km ərazini minalayıb - Nazir


Antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyini tam bərpa etdiyi ərazilərdə qanunsuz qondarma rejim Ermənistanın dəstəyi ilə 480 km ərazini yeni təmas xətti fəlsəfəsi ilə minalayıb.

Bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Almaniya xarici işlər naziri Annalena Berbok ilə birgə mətbuat konfransı çıxışında deyib.

"Burada problemin tam həcmini öyrənmək üçün vaxt lazım olacaq. Bütün bu faktlara baxmayaraq, beynəlxalq ictimaiyyət tərəfindən bir dəfə də olsun Ermənistana çağırış edilməsinin şahidi olmadıq. Bunun nəyə görə belə olması suallar doğurur”,- nazir əlavə edib.

Bu almaniyalı nazirin Azərbaycana ilk səfəridir. Bundan öncə Almaniyanın xarici işlər naziri Annalena Berbok İrəvanda rəsmi səfərdə olub.







www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM