Qondarma rejimin nümayəndəsi 7 000 itkilərinin olduğunu açıqladı - FOTO

11:48 | 26.01.2021
Qondarma rejimin nümayəndəsi 7 000 itkilərinin olduğunu açıqladı - FOTO

Qondarma rejimin nümayəndəsi 7 000 itkilərinin olduğunu açıqladı - FOTO

Qondarma rejimin "parlament sədrinin köməkçisi" İrina Safaryan son müharibə zamanı 7 000 itkilərinin olduğunu etiraf edib.


Anews.az xəbər verir ki, İrina Safaryan Rusiyada baş verən son iğtişaşlara "Twitter" səhifəsində münasibət bildirərkən bu barədə yazıb. O, Rusiyada baş verənləri Nikol Paşinyanın hakimiyyətə gəldiyi inqilabla müqayisə edib və rus xalqına buna getməməyi məsləhət görüb. İ.Safaryan dolayı yolla ruslara hazırki Rusiya hakimiyyətini müdafiə etməyi tövsiyə edib.


"Rusiyada "Ermənistan - 2018-ci ilin apreli" baş tutur. Hansı ki, buna görə Qarabağı itirdik və bu gün 7 000-dən çox gənc oğlumuz ölüb. Ruslar, ümid edirəm daha ağıllı olacaqsınız. Möhkəm olun!!!", - deyə İ.Safaryan sosial şəbəkə hesabında yazıb.


Burada qondarma rejim nümayəndəsinin itkilərinin gerçək sayını açıqlaması diqqətdən yayınmayıb.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb