Qonşu ölkədə daha 479 nəfər koronavirusdan öldü

15:24 | 20.11.2020
İranda ötən sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasından 479 nəfər ölüb.

Anews.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari bildirib. Onun sözlərinə görə, bununla da İranda koronavirusdan ölənlərin sayı 43 896 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 13 260 nəfər koronavirusa yoluxub. Beləliklə İranda koronavirusa yoluxanların sayı 828 377 nəfərə yüksəlib.İranda indiyədək 589 025 nəfər koronavirusdan sağalıb. Koronavirus daşıyıcılarından 5 756 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti