Ölənlərin sayı 27-yə çatıb
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda törədilən partlayış nəticəsində ölənlərin sayı 27-yə çatıb.
APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, həlak olanların sayının artacağı ehtimal olunur. Hələlik xəsarət alanlar barədə dəqiq məlumat olmasa da, 100-dən çox şəxsin yaralandığı bildirilir.
Xalqların Demokratik Partiyasından (HDP) millət vəkili olan Leyla Güvən isə ölənlərin sayının 100-dən çox olduğunu deyib. O, "Reuters”ə açıqlamasında Amara Mədəniyyət Mərkəzində yerləşdirilən 300 nəfərin arasında sağ qalanın olmadığı iddia edib.
***
İlkin məlumata görə, 25 nəfər ölüb, xeyli yaralı var
Türkiyənin Şanlıurfa vilayətinin Suruç rayonunda terror aktı törədilib.
Hadisə Bakı vaxtilə 13.45 (yerli vaxtla 11.45-də) baş verib. Amara Mədəniyyət Mərkəzinin həyətində partlayıcı qurğu işə salınıb.
Partlayışı terrorçu-kamikadzenin törətdiyi ehtimal olunur. Partlayıcı qurğu mərkəzin həyətinin girişində işə salınıb.
Qeyd edək ki, Suriyanın Kobani şəhərinə yola düşmək üçün dünən İstanbuldan Şanlıurfaya gedən 300 gənc həmin mərkəzdə yerləşdirilib. Onların hamısı Sosialist Gənclik Dərnəkləri Federasiyasının (SGDF) üzvü olub.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !