Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu bıçaqlamaqda təqsirləndirilən Əzizağa Bünyatova cəza istənilib.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, hakim Mirzə Xankişiyevin icraatında olan prosesdə dövlət ittihamçısı Sabir Abdinov çıxış edərək Ə.Bünyatovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses yanvarın 23-də davam etdiriləcək.
İttihama görə, 1960-cı il təvəllüdlü Əzizağa Bünyatov yaşadığı Binəqədi rayonu Sulutəpə qəsəbəsində mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Onun həyatını xilas etmək mümkün olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !