Qorbaçov həbs ediləcək?

11:55 | 10.04.2014
Qorbaçov həbs ediləcək?

Qorbaçov həbs ediləcək?

Rusiya Dövlət Dumasının bir qrup deputatı Sovet İttifaqının dağılması dövründə baş verən hadisələri yoxlamaq məqsədilə ölkənin baş prokuroru Yuri Çaykanın adına sorğu ilə müraciət edib.Anspress-in məlumatına görə, deputatlar müraciətdə bildirirlər ki, SSRİ vətəndaşları keçirilən referendum zamanı dövlətin vahid şəkildə idarə olunmasını dəstəkləsə də, o dövrki hakimiyyətin atdığı qeyri-qanuni addımlar ölkənin dağılmasına səbəb oldu.Dövlət Dumasının bir qrup millət vəkili Mixail Qorbaçova qarşı cinayət işinin açılmasını tələb edib.Baş Prokurorluğa göndərilən müraciət həmçinin qeyd olunur ki, 4 noyabr 1991-ci ildə SSRİ Baş Prokurorluğu nəzdində fəaliyyət göstərən dövlət təhlükəsizliyi haqqında qanunların icrasına nəzarət İdarəsi prezident Qorbaçova qarşı cinayət işi açıb. Lakin bir gün sonra, Sovet rəhbərinin təzyiqi altında, SSRİ Baş Prokurorluğu cinayət işinin açılması barədə qərarı ləğv edib.Deputatların fikrincə, SSRİ-nin dağılması son 23 ildə ən aktual məsələlərdən biridir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM