Qorbaçov Putin və Obamaya müraciət etdi

23:02 | 23.01.2014
Qorbaçov Putin və Obamaya müraciət etdi

Qorbaçov Putin və Obamaya müraciət etdi

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov Rusiya və ABŞ liderlərinə müraciət edərək Ukraynadakı böhranı aradan qaldırmağa çağırıb. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, SSRİ-nin ilk prezidenti keçmiş prezident Putin və Obamanı son günlər Ukraynada baş verən kütləvi iğtişaşlarla bağlı danışıqlar aparmağa səsləyib. “Vladimir Vladimiroviç, cənab Obama, mən sizdən xahiş edirəm ki, Ukraynanın dinc yolu ilə inkişaf yoluna dönməsi üçün həlledici adım ataraq məsələdən çıxış yolu tapasınız. Mən sizə çox ümid bəsləyirəm”, - Mixail Qorbaçovun müraciətində deyilir. “Əminəm ki, sizin bu məqsədə nail olmaq üçün gücünüz yetər. Qarşı duran tərəflər danışıqlar masası arxasında oturmalıdırlar”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM