Qoşulmama Hərəkatına Azərbaycan 4 ildir sədrlik edir - XİN

16:10 | 25.10.2023
Qoşulmama Hərəkatına Azərbaycan 4 ildir sədrlik edir - XİN

Qoşulmama Hərəkatına Azərbaycan 4 ildir sədrlik edir - XİN

Oktyabrın 25-də Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etməsindən 4 il keçir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. 
 
"Azərbaycanın sədrliyi dövründə əldə edilən uğurlar bütün üzv dövlətlər tərəfindən təqdir edilmiş və Azərbaycanın Hərəkata 3 il müddətinə nəzərdə tutulan sədrliyi yekdilliklə əlavə 1 il müddətinə artırılıb. Sədrlik dövründə Azərbaycan Hərəkatın beynəlxalq münasibətlər sistemindəki əvvəlki nüfuzunu bərpa etməyə yönəlmiş və heç bir beynəlxalq aktorla ziddiyyətə getmədən "Bandunq Prinsipləri”nin təşviqinə köklənmiş siyasət sərgiləyib. Sədrliyin böyük bir hissəsinin COVID-19 pandemiyasının yayılmasının intensiv dövrünə təsadüf etməsinə baxmayaraq, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü qlobal əhəmiyyətli təşəbbüslər sayəsində mövcud çağırışlar yeni əməkdaşlıq imkanlarına çevrilib", - məlumatda deyilir.
 
Qoşulmama hərəkatı ilk dəfə 1955-ci il İndoneziyanın Bandunq şəhərində keçirilən Asiya-Afrika Konfransında təsis edilib. Bu konfransdan 6 il sonra, 1-6 sentyabr 1961-ci il keçmiş Yuqoslaviyanın Belqrad şəhərində Asiya və Afrikanın 25 dövlət və hökumət başçısının iştirakı ilə təşkil olunmuş Zirvə Görüşündə Qoşulmama Hərəkatının institusional əsası qoyulub. 
 
Hərəkatın daimi mənzil qərargahı yoxdur Büro QH-nin daimi əsasda fəaliyyət göstərən və qurumdaxili əlaqələndirmə işlərini tənzimləyən əsas orqanıdır.
 
Hazırda Qoşulmama Hərəkatının 120 üzvü, 18 müşahidəçi dövləti və 10 müşahidəçi beynəlxalq təşkilatı var.
 
Azərbaycan bu təşkilata ilk dəfə 2011-ci ildə üzv seçilib.
 
 
Gülnar Nazimqızı 
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti