Qürbətdə vəfat edən dövlət başçıları - SİYAHI

19:46 | 04.11.2014
Qürbətdə vəfat edən dövlət başçıları - SİYAHI

Qürbətdə vəfat edən dövlət başçıları - SİYAHI

İllərlə öz xalqına xidmət edən dövlət başçıları bəzən öz doğma vətənlərində deyil, yad ölkədə dünyalarını dəyişirlər. Bu, xarici ölkədə müalicə alınan zaman, yaxud hakimiyyət çevrilişi nəticəsində dövlət başçısının öz ölkəsini tərk etməsi səbəbindən ola bilər. ANN.Az Modern.az-a istinadən qürbətdə vəfat edən dövlət başçılarının siyahsını təqdim edir.Maykl Sata – Zambiya prezidenti. 2011-ci ildə Zambiya prezidenti seçilən Sata daim sağlamlığı ilə bağlı problem yaşayan siyasətçi sayılırdı. 30 ilə yaxın müxalifətdə qalan Sata yalnız 3 il prezident səlahiyyətlərini icra edə bilib. 77 yaşlı prezident 2014-cü il oktyabrın 28-də Böyük Britaniyanın paytaxtı Londonda müalicə aldığı Kral VII Edvard xəstəxanada adı çəkilməyən xəstəlikdən dünyasını dəyişib.Yasir Ərəfat – Fələstin administrasiyasının rəhbəri. XX əsrin ən populyar siyasətçilərindən olan Yasir Ərəfat Fələstin xalqının İsrailə qarşı mübarizəsinin əsas simvollarından sayılırdı. 1969-cu ildə Fələstin Azadlıq Təşkilatının və “FƏTH” hərəkatının rəhbəri olan Ərəfat bununla belə, ömrünü doğma Fələstin torpaqlarında deyil, uzaq Fransada başa vurdu. 2004-cü il oktyabrın 28-də onun səhhəti qəfildən pisləşir. Növbəti gün İsrailin icazəsi ilə helikopterlə Fransanın “Percy de Clamar” hərbi hospitalına çatdırılan Yasir Ərəfat komaya düşür. Noyabrın 11-də isə həkimlərin səyinə baxmayaraq 75 yaşlı qocaman siyasətçi dünyasını dəyişir. Ysir Ərəfat son illərini keçirdiyi Ramllahdakı “Mukata” iqamətgahında xüsusi olaraq onun üçün inşa olunan “Ərəfat məqbərəsi”ndə torpağa tapşırılır.Lex Kaçinski – Polşa prezidenti. Lex Kaçinski 2005-ci ilin oktyabr ayında keçirilən seçkilərdə qələbə qazanmışdı. Rusiyanın Smolensk şəhəri yaxınlığındakı Katın meşəsində sovet hökumətinin 1940-cı ildə güllələdiyi 4 min polyak hərbçisinin güllələnməsinin 70 illiyi ilə bağlı anım tədbirində iştirak etmək üçün prezident xanımı və bir sıra dövlət xadimlərinin müşayiəti ilə 2010-cu il aprelin 10-da Varşavadan Smolenksə səfərə gəlir. Lakin “Smolensk-Severnıy” hava limanına enməyə 1 kilometr qalanda ağaclara toxunan təyyarə qəzaya uğrayır. Nəticədə Lex Kaçinski də daxil olmaqla 89 sərnişin və 6 heyət üzvü həyatını itirir. Rusiya ərazisində həlak olan prezidnt xanımı ilə birlikdə Polşanın Krakov şəhərindəki qapalı sərdabədə dəfn olunub.Boris Traykovski – Makedoniya prezidenti. Əcəlin qürbətdə yaxaladığı dövlət başçılarından biri də Makedoniya prezidenti Boris Traykovskidir. 1999-cu ilin dekabrında ümumxalq səsverməsi ilə ölkə başçısı seçilən Traykovski 2004-cü il fevralın 26-da beynəlxaql konfransda iştirak etmək üçün şəxsi təyyarəsində səfər etdiyi Bosniya və Hersoqovina ərazisndə qəzaya uğrayıb. Bosniya və Hersoqovinanın Stolaç şəhəri yaxınlığındakı Xrqud dağına çırpılan təyyarədə Traykovski və onun bir neçə köməkçisi həlak olub. Prezident təntənəli mərasimlə Makedoniya paytaxtı Skopyada dəfn olunub.Malam Bakay Sanya – Bakay 2009-cu ilin sentyabrında Qvineya-Biasu prezidenti seçilmişdi. Lakin uzun illər müxtəlif xəstəliklərdən əziyyət çəkən prezident yalnız 3 ilə yaxın bu postda fəaliyyət göstərə bilir. 2011-ci ilin dekabrında onun səhhəti qəfil pisləşdiyindən təcili olaraq təyyarə ilə Fransadakı xəstəxanalardan birinə yerləşirliir. Lakin 1 aylıq müalicə fayda vermir və 20012-ci il yanvarın 9-da 64 yaşlı prezident həyatını itirir.Lal Bahadur Şastri – Hindistanın baş naziri. 1964-cü il mayın 27-də Hindistanın ilk baş naziri Cəvahirləl Neru dünyasını dəyişir. Onun yerinə baş nazir postuna 60 yaşlı Lal Bahadur Şastri seçilir. Lakin Şastri yalnız 2 il ölkəni idarə edə bilir. 1966-cı ilin yanvarında 2-ci Hindistan-Pakistan müharibəsini yoluna qoymaq üçün Özbəkistanın paytaxtı Daşkənd şəhərində pakistanlı həmkarı ilə danışıqlar apararkən səhhəti pisləşir. 1966-cı il yanvarın 11-də Bahadur Şastrinin cəsədi Daşkənddə qaldığı mehmanxananın nömrəsində aşakr olunur. Onun ürək tutmasında vəfat etdiyi də müəyyən olunur. 61 yaşlı dövlət başçısı təntənəli mərasimdən sonra Hindistanın paytaxtı Dehlidə dəfn olunur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM