“Qremmi” mükafatı laureatı Bakıda konsert verəcək

19:05 | 04.02.2014
“Qremmi” mükafatı laureatı Bakıda konsert verəcək

“Qremmi” mükafatı laureatı Bakıda konsert verəcək

Yaponiyanın dünya şöhrətli bəstəkarı, musiqiçi, “Qremmi” və “Qızıl qlobus” mükafatı laureatı Kitaro martın 7-də Bakıda Heydər Əliyev Mərkəzində ilk solo konsert proqramı ilə çıxış edəcək.Mərkəzdən APA-ya verilən məlumata görə, Kitaro Bakıya “Son çağırış” (“Final call”) adlı yeni proqramı ilə gəlir. Kitaronun “Son çağırış” musiqi albomu 2014-cü ildəki 56-cı “Qremmi” mükafatının nominantlarından olub. 30 illik musiqi karyerası ərzində milyonların sevimlisinə çevrilən musiqiçi Heydər Əliyev Mərkəzində tamaşaçılara 36 nəfərlik orkestrin müşayiəti ilə möhtəşəm konsert proqramı təqdim edəcək. Qeyd edək ki, əsl adı Masanori Takahaşi olan, etnik motivlərlə elektron alətlərin elementlərini özündə birləşdirən Kitaro “Nyu eyc” (“New age”) janrının tanınmış simalarındandır. Musiqi təhsili olmayan Kitaro musiqinin incəliklərinə müstəqil yiyələnib. O, klavişli alətlərlə yanaşı, gitara, fleyta, baraban və s. ifa edir. Bəstəkar Kitaro həm də rejissor və fotoqraf kimi tanınır. O, bəzi konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjemançısıdır. 1993-cü ildə “Səma və torpaq” kinofilminə bəstələdiyi musiqiyə görə “Qızıl qlobus” mükafatı alan Kitaro bir neçə dəfə “Qremmi”yə nominant olub. 2001-ci ildə isə bəstəkarın “Səni düşünürəm” (“Thinking of you”) albomu “Qremmi” mükafatına layiq görülüb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM