Bakı indiyədək olduğum şəhərlərin ən gözəlidir. Burada gördüyüm hər şey məndə unudulmaz təəssürat oyatdı. Məmnuniyyətlə ölkənizə yenidən gələrdim.AzərTAc xəbər verir ki, bu sözləri məşhur caz ifaçısı, üçqat “Qremmi”, həmçinin “Toni” mükafatları laureatı Di Di Bricuoter Heydər Əliyev mərkəzində verdiyi konsertdən sonra jurnalistlərə müsahibəsində demişdir.Bildirmişdir ki, konsert müddətində auditoriya ilə onun arasında gözəl bir ünsiyyət yaranmışdır. Sizin tamaşaçıların gözəl musiqi duyumu vardır. Şəhəriniz çox gözəldir, xüsusilə gecələr paytaxtınızın işıqları onu daha da füsunkar edir. Heydər Əliyev Mərkəzi isə indiyədək olduğum məkanların ən gözəlidir. İnsanlarınız çox mehribandırlar. Belə bir ölkə ilə fəxr etməyə dəyər.Di Di Bricuoter 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunları müddətində yenidən Azərbaycanda olmaq arzusunu diqqətə çatdırmışdır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !