Qreta Tunberqın zamanda səyahət etdiyi iddia olunur

15:04 | 21.02.2020
Qreta Tunberqın zamanda  səyahət etdiyi iddia olunur

Qreta Tunberqın zamanda səyahət etdiyi iddia olunur


XX əsrin astanasında Kanadanın Yukon ərazisində  çəkilən fotoşəkildə Qretanın bənzəri  əks edilib.  Bu görülməmiş bənzərlik Tvitterdə müzakirələrə səbəb olub. Bunu The sun qəzeti yazır. 

Qeyd edək ki, sual doğuran və 1898-ci ildə çəkilmiş bu foto Vaşinqton universitetinin arxivindən tapılıb.

Fotoda taxıl yetişdirmək məqsədi ilə su əldə etmək istəyən və əl əməyi ilə məşğul olan yeniyetmə əks etdirilib. Lakin uşaqlardan biri - solda düran qız 16 yaşlı Qretaya  bənzəyir.
 

 
Dəhşətli bənzərlik
 
Tvitterdə yerləşdirilən tvitlərin birində birisi deyir: "Əsilində o ,  zamanda səyahət edir  və gələcək haqqında bizə xəbərdarlıq etmək üçün gəlib. Bu bənzərliyin yeganə izahıdır".

Bir başqa  Tvitter istifadəçisi isə belə yazıb: "Vau. Əsrarəngizdir. Bu dəhşətdir!".
 
İsveçli eko fəal İnqmar Rentsxoq Qretanın  "iqlim dəyişikliyi ilə bağlı məktəbdə keçirilən etiraz aksiyası" zamanı çəkdirdiyi şəklini Facebook-da yayımlayandan sonra qızcığaz məşhurlaşdı. Bu aksiya  dünyanın hər yerindən olan on minlərlə tələbəni ruhlandıraraq #FridaysforFuture   nümayişinə qoşulmağa sövq etdi. Onlar  iqlim dəyişikliyinə etiraz etmək üçün hər cümə gümü dərs buraxırdılar. 
 
İsveçli gənc, 2018-ci ilin avqustunda İsveç Parlamenti qarşısında "İqlim dəyişikliyinə qarşı məktəblilərin etiraz aksiyasını" təşkil edib və bununla dünyanın diqqətini bu problemə çəkib.

Qreta, bundan başqa Avropanın şimalındakı rekord istilik həddinin qeydə alınması və İsveçin Arktikaya qədər olan ərazilərindəki meşə yanğınları ilə mübarizə aksiyasını həyata keçirib.

Gənc fəal 2019-cu ilin avqustunda BMT-nin iqlim dəyişikliyi ilə bağlı sammitinə  "sıfır karbon" adlı yaxta ilə Atlantik okeanın keçərək yollanıb və bununla dünyynın diqqətini bir daha bu qlobal problemə yönəldib.

Tərcümə: Nigar İbrahimova 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM