Ümumdünya Səhiyyə Təşkilatının (ÜST )baş direktoru Tedros Adhanom Qebreyesus İsveçrənin Cenevrədəki qərargahında diplomatik nümayəndəliklərin başçılarına müraciət edib.
"MediaPost" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
ÜST-nin Çinin ilk COVID-19 faktını təsdiqləməsindən 100 gün keçdiyini xatırladan Qebreyesus virusun qlobal yayılması səbəbilə ölkələrin səhiyyə sistemlərinin həddən artıq yükləndiyini və dünya iqtisadiyyatının mənfiyə doğru getdiyini bildirdi.
Çıxışında COVID-19-la qripi müqayisə edən ÜST-ün direktoru koronavirusun daha ölümcül olduğunu açıqlayıb. O bildirib ki, koronavirusun ölüm faizi qripdən 10 dəfə daha çoxdur.
Qebreyesus dünya liderlərinə birlik və həmrəyliyə çağırışını xatırladaraq virus məsələsini siyasiləşdirməməyə çağırdı.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !