Qrip, yoxsa koronavirus daha çox ölümcüldür? - ÜST açıqladı

14:22 | 10.04.2020
Qrip, yoxsa koronavirus daha çox ölümcüldür? - ÜST açıqladı

Qrip, yoxsa koronavirus daha çox ölümcüldür? - ÜST açıqladı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST )baş direktoru Tedros Adhanom Qebreyesus İsveçrənin Cenevrədəki qərargahında diplomatik nümayəndəliklərin başçılarına müraciət edib.

"MediaPost" bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

Qebreyesus üzv ölkələrin bu günə qədər ümumi 800 milyon dollar dəyərində öhdəlik götürdüyünü, bu məbləğin bir hissəsinin ÜST-ə çatdığını açıqlayıb.
ÜST-nin Çinin ilk COVID-19 faktını təsdiqləməsindən 100 gün keçdiyini xatırladan Qebreyesus virusun qlobal yayılması səbəbilə ölkələrin səhiyyə sistemlərinin həddən artıq yükləndiyini və dünya iqtisadiyyatının mənfiyə doğru getdiyini bildirdi.

Çıxışında COVID-19-la qripi müqayisə edən ÜST-ün direktoru koronavirusun daha ölümcül olduğunu açıqlayıb. O bildirib ki, koronavirusun ölüm faizi qripdən 10 dəfə daha çoxdur.
Qebreyesus dünya liderlərinə birlik və həmrəyliyə çağırışını xatırladaraq virus məsələsini siyasiləşdirməməyə çağırdı.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb