Qırımızı xaçın qəribə qərarı: “Müsəlman və türk qanı qəbul etmirik”

19:53 | 13.02.2014
Qırımızı xaçın qəribə qərarı: “Müsəlman və türk qanı qəbul etmirik”

Qırımızı xaçın qəribə qərarı: “Müsəlman və türk qanı qəbul etmirik”

Avstriya “Qırmızı xaç” komitəsinin (Österreichisches Rotes Kreuz) əməkdaşı olan həkimi açıqlaması qalmaqal səbəb olub. Komitənin Lins şəhərindəki şöbəsində fəaliyyət göstərən qadın həkim müsəlman və türk qanı qəbul etmədiklərini deyib. Məlumata görə, “Lins İslam Cəmiyyəti” qanvermə aksiyası keçirmək istəyib və bu məqsədlə komitəyə müraciət edib. O anda komitədə olan həkim isə bu müraciəti qəbul etməyib. Hadisənin mətbuata çıxması ilə komitə rəhbəri bu addımlarını qəribə bir bəhanə ilə açıqlayıb. “Qırmızı xaç”ın yerli komitəsinin direktoru Kristian Qabriel cənub-şərqi Avropa ölkələrində “Hepatit-B” (HBV) virusu yayıldığından bu müraciəti qəbul etmədiklərini deyib. Qeyd edək ki, bütün dünyada olduğu kimi Avstriyada da bağışlanan qanlar ciddi həkim nəzarətindən keçirildikdən sonra ehtiyacı olanlara verilir. Yerli türk və müsəlman icması isə etiraz olaraq komitəyə göstərdikləri maddi yardımları dayandıracaqlarını açıqlayıblar. //Anspress
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti