Qırğız prezident: “İttifaqa daxil olmasaq, batarıq”

01:32 | 28.10.2014
Qırğız prezident: “İttifaqa daxil olmasaq, batarıq”

Qırğız prezident: “İttifaqa daxil olmasaq, batarıq”

Qırğızıstan Prezidenti Almazbek Atambayev Gömrük İttifaqına daxil olmaqdan başqa yollarının qalmadığını açıqlqayıb.

 

Axar.az xəbər verir ki, prezident inflyasiyanın artması, qiymət qeyri-stabilliyi səbəbindən ittifaqa üzv olacaqlarını bildirib.

 

Prezident Qırğızıstanın Gömrük İttifaqına daxil olmadığı təqdirdə siyasi və iqtisadi baxımdan böyük problemlərlə qarşı-qarşıya qalacağını deyib: 

 

“Başqa çarəmiz yoxdur. Əgər ittifaqa daxil olmaqdan imtina etsək, iqtisadi tənəzzül reallaşacaq. Mənfi olan iki şeydən daha az mənfi olanı seçməliyik. Başqa yolumuz yoxdur”.

 

Digər üzvlərlə bərabər şərtlə Gömrük İttifaqına üzv olacaqlarını deyən Atambayev bir sıra üstünlüklər qazanacaqlarını bildirib: 

 

“Şərtlərimiz bərabər olacaq. Borc və digər mövzularda üstünlüklərimiz var. Söhbət 1 milyard dollarlıq inkişaf fondundan gedir. Sabitliyimizin təmin edilməsi üçün bu çox əhəmiyyətlidir”.

 

Xatırladaq ki, təyin olunan yol xəritəsinə görə, Qırğızıstanın 1 yanvar 2015-ci ilə qədər Gömrük İttifaqına daxil olması nəzərdə tutulur. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM