Qırğızlarla taciklər arasında qarşıdurma: ev yandırıldı

12:20 | 19.12.2013
Qırğızlarla taciklər arasında qarşıdurma: ev yandırıldı

Qırğızlarla taciklər arasında qarşıdurma: ev yandırıldı

Qırğızıstanın Ak-saray kəndində yaşayan qırğızlarla Tacikistanın bu kəndlə sərhəddə yerləşən Vorux kəndinin tacik sakinləri arasında qarşıdurma yaranıb. ANS PRESS-in “Orta Asiya Xəbər Xidməti”nə istinadən verdiyi xəbərə görə, bununla bağlı Qırğızıstan baş nazirinin müavini Tokon Mamıtov bölgəyə gedib.Araşdırmalar nəticəsində məlum olub ki, hadisə taciklər tərəfindən qırğızlara məxsus bağ evinin yandırmasından sonra başlayıb. Bir-birilə qonşu olan kəndlərin sakinləri Tacikistanda Vorux-İsfara, Qırğızıstanda isə Batken-İsfana yolunu bağlayıblar. Qırğızlar tələb edir ki, Tacikistanla sərhəddə olan kəndlərin demarkasiya məsələsi həll edilməlidir.Xatırladaq ki, taciklərin yaşadığı Vorux kəndi Tacikistana məxsus olsa da anklav kimi Qırğızıstanın ərazisindədir. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM