Qırğızıstanın müdafiə naziri Bakıya gəlir

12:04 | 09.02.2015
Qırğızıstanın müdafiə naziri Bakıya gəlir

Qırğızıstanın müdafiə naziri Bakıya gəlir

Fevralın 10-da Qırğızıstan Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyev Azərbaycana rəsmi səfərə gələcək.

Səfər çərçivəsində qonağın Müdafiə Nazirliyində görüşü planlaşdırılır.

Oxu.Az Müdafiə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, A.Kudayberdiyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Silahlı Qüvvələrin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzi ilə tanışlığı gözlənilir.

Qırğızıstan Respublikasının müdafiə naziri A.Kudayberdiyevin rəsmi səfəri fevralın 13-dək davam edəcək.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM