Qış bulvarının altındakı parkinqdə yeni qiymət - FOTO

14:58 | 15.01.2014
Qış bulvarının altındakı parkinqdə yeni qiymət - FOTO

Qış bulvarının altındakı parkinqdə yeni qiymət - FOTO

Bakıda “Füzuli” və “Mirzağa Əliyev” küçələrinin kəsişməsində, Qış bulvarının altında yerləşən ikimərtəbəli avtomobil dayanacağında yeni, aylıq “gecə” abonementi tətbiq olunub.Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, avtodayanacağın əməkdaşlarının məlumatına görə, bundan sonra avtomobil sahibləri maşınlarını bütün gecə dayanacaqda saxlaya bilərlər. Dayancaq vaxtı – saat 21:00-dan səhər saat 10:00-dək (13 saat) təşkil edir.Belə aylıq abonementin qiyməti 30 manatdır (təxminən gecəsi 1 manat).  Yeni təklif ilk növbədə Qış bulvarına yaxın ərazidə yaşayan sakinlərə hesablanıb.Xatırladaq ki, hazırda aşağıdakı vaxtlar üçün tariflər belədir: 0 – 1 saat 50 qəpik; 1-2 saat 1 manat; 2-4 saat 2 manat; 4-10 saat 3 manat; 10-12 saat 4 manat; 12-16 saat 5 manat; 16-24 saat 6 manat.Aylıq abunə haqqı 60 manat təşkil edir.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM