"Bavariya"nın futbolçusu Mario Qötze komandasında xoşbəxt deyil.
Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, 21 yaşlı oyunçu start heyətdə daha çox yer almaq istəyir.
Ancaq buna baxmayaraq, Qötzenin bundesliqa təmsilçisindən ayrılmaq fikri yoxdur. O deyib ki, ilk on birliyə düşmək üçün daha çox çalışacaq:
"Az oynadığımdan burada xoşbəxt deyiləm. Ancaq baş məşqçi Pep Qvardiolanın güvənini qazanmaq üçün öz üzərimdə daha çox işləyəcəm".
"Bild" qəzeti isə yazıb ki, Qötze və Qvardiola arasında münasibətlər yaxşı deyil. Bu səbəbdən qəzet bu iki şəxs arasında problemin tezliklə həllini tapacağının çətin olduğunu yazıb.
Qeyd edək ki, Qötze ötən mövsüm "Borussiya"dan "Bavariya"ya transfer olunub.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !