Quaydo ilk prezident fərmanını imzaladı: Maduronun qərarını ləğv etdi

13:30 | 22.02.2019
Quaydo ilk prezident fərmanını imzaladı: Maduronun qərarını ləğv etdi

Quaydo ilk prezident fərmanını imzaladı: Maduronun qərarını ləğv etdi

Bir aydır özünü Venesuelanın prezidenti elan edən Xuan Quaydo fərman imzalamağa başlayıb. O, ilk fərmanını imzalayıb. Fərmanda ölkəyə xarici humanitar yardımın daxil olmasına icazə verilir.

Quaydo qardaş Braziliya ilə sərhədlərinin açılmasına da göstəriş verib. Halbuki son seçkilərin qalibi elan olunan Nikolas Maduro Braziliya ilə sərhədləri bağlatdırmışdı.

Quaydo bəzi ölkələrlə diplomatik əlaqələrin inkişafını da vacib sayır. Müxalifət lideri Aruba, Kyurasao, Boneyr adaları ilə yanaşı, Niderland Krallığının da adını çəkib.

Əslində, bu adalar məhz Hollandiyanın ərazisi sayılır. Maduro isə Niderland Krallığından təhlükə gələ biləcəyini düşünərək, adalarla sərhədləri bağlamışdı. Daha doğrusu, bu adalardan Karib dənizi tərəfdən Venesuelaya gəlməyə imkan verilmir. Quaydo isə məhz bu adalardan və Braziliyadan ölkəyə humanitar yardımın daxil olmasını gözləyir.

mənbə: bizimyolinfo

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb