Quba sakinləri təmizlənməyən səkilərin qurbanı oldular - VİDEO

13:44 | 19.01.2022
Quba sakinləri təmizlənməyən səkilərin qurbanı oldular - VİDEO

Quba sakinləri təmizlənməyən səkilərin qurbanı oldular - VİDEO

Bir gündə 25 nəfər yıxılaraq xəsarət alıb.
 
Söhbət ötən gün Qubaya yağan güclü qar nəticəsində sürüşərək müxtəlif travmalar alan şəxslərdən gedir. Eyni diaqnozla xəstəxanaya müraciət edənlərin 4 günlük statistikası isə 40 nəfərdir.
 
Xeyli sayda insanın zərər çəkməsinə səbəb Quba şəhərində səkilərin vaxtında təmizlənməməsidir. Nəticədə şaxta səbəbindən buzlaşan qar rayon sakinləri üçün böyük təhlükəyə çevrilib.
 
Mövcud problemdən böyüklərlə bərabər, məktəblilər də əziyyət çəkir.
 
Səkilərlə yanaşı, Qubada mövcud olan yeganə yerüstü piyada keçidinin pilləkənlərinin də qardan təmizlənməməsi sakinlərin kabusuna çevrilib.(Baku tv)


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM