Bu barədə Anews.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Görülmüş operativ tədbirlər nəticəsində Quba və Şabran rayonlarında açıq sahələrdə baş vermiş yanğınlar da Nazirliyin müvafiq qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.
Hazırda Xaçmaz rayonunun Nabran qəsəbəsi və Niyazoba kəndi yaxınlığında meşə və meşəətrafı zonadakı yanğınlarla mübarizə davam etdirilir. Yanğınla mübarizəyə Nazirliyin müvafiq qüvvələri, o cümlədən 1 ədəd helikopteri cəlb olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !