Quba-Xaçmaz yolunun ödənişli tarifləri aşağı salınmalıdır - Vahid Əhmədov/VİDEO

Quba-Xaçmaz yolunun ödəniş tarifləri aşağı salınmalıdır. Bunu deputat Vahid Əhmədov deyib.
"Son günlərdə o yoldan 3 dəfə istifadə etmişəm. Həmin yolda demək olar ki, maşın yoxdur. Yalnız beynəlxalq yükdaşımaları görmək olar. Hesab edirəm bu yola qoyulan tariflər yüksəkdir. Hökumətə bu tarifin aşağı salınmasını təklif edirəm”, - deputat noyabrın 14-də Milli Məclisdə büdcə müzakirəsi zamanı bildirib.
Deputat həmçinin Quba Xaçmaz yolunun digər hissəsinin təmir olunmasının vacibliyini vurğulayıb.
Vahid Əhmədov veteranların 80 manatının artırılmasını da təklif edib.
Gülnar Nazimqızı
www.anews.az

Bundan əvvəl büdcə müzakirəsində deputat Siyavuş Novruzov da veteranların 80 manatının artırılmasının vacib olduğunu açıqlayıb.
Gülnar Nazimqızı
www.anews.az