Ötən gün axşam saatlarında güclü sel nəticəsində bağlanan Quba-Xınalıq yolu açılıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, leysan yağışları nəticəsində yolun 36,42,50 və 54-cü kilometrliyinə qaya parçaları düşüb. Yol təxminən 5-6 saat bağlı qalıb.
Gecə saatlarında əraziyə "Azəryolservis" ASC-nin Quba 6 saylı Yol İstismar İdarəsinin ağır texnikası və canlı qüvvəsi cəlb olunub. Yolda avtomobillərin hərəkəti bərpa olunub.
Bəzi ərazilərdə təmizləmə işləri hazırda da davam etdirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !