“İstehlak kreditləşməsi qanunla tənzimlənir və belə bir şeyin baş verə biləcəyinə inanmıram. Ola bilər ki, qaydalarda dəyişiklik edilsin. Ancaq ümumilikdə maşın kreditlərinin dayandırılması real deyil.” Bu sözləri “Axar.az”a açıqlamasında “İqtisadi Tədqiqatlar Mərkəzi”nin rəhbəri Qubad İbadoğlu dedi. O bildirdi ki, maşınlar üçün kreditin verilməsinin tamamilə dayandırılması mümkün olmayan bir şeydir: “İstehlak kreditləşməsinin qaydalarına dəyişiklik edə bilərlər. Ancaq bütövlükdə maşın kreditləşməsinin dayandırılması inandırıcı görünmür“. İqtisadçı ekspert Milli Bankın arayışsız verilən kreditlərə qoyduğu qadağadan da danışdı: “İstehlakçılar bir bankdan krediti başa vuran kimi başqa banklardan kredit götürürlər. Həm də qəbul edilmiş yeni qərar onu göstərir ki, istehlakçıların banklardan götürdükləri kreditləri qaytarmaq ehtimalı aşağı düşüb. İstehlak kreditlərini qaytarmaqla bağlı problemlər var. Kreditlərin özünün də faizində yüksəklik özünü göstərir. Düşünürəm ki, bu qərar son nəticədə çoxalan kredit borclarının qarşısını almaq üçündür. “ Xatırladaq ki, Milli Bank minikreditlərin və avtokreditlərin dondurulması barədə banklara göstəriş verib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !