Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti avqustun 20-dək uzadılıb

13:09 | 21.05.2024
Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti avqustun 20-dək uzadılıb

Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti avqustun 20-dək uzadılıb

İqtisadçı, alim Qubad İbadoğlunun işi üzrə istintaqın müddəti avqustun 20-dək uzadılıb. Bu barədə Turan-a onun qardaşı Qalib Toğrul bildirib.

Onun sözlərinə görə, İbadoğlu həbsdə olmadığı üçün istintaq müddətinin uzadılması barədə qərarı məhkəmə yox, istintaq orqanı qəbul edib.

Aprelin 22-də ev dustaqlığı ilə bağlı qəbul olunmuş qərar polisin nəzarətinə verilmə ilə dəyişdirilib.

Bununla əlaqədar dünən İbadoğlundan elektron bilərzik çıxarılıb.

Bu, İbadoğlunun müayinələrdən -kompüter tomoqrafiyası və maqnit- rezonans tomoqrafiyasından keçməsinə imkan verəcək.

İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Bundan sonra Avqustun 25-də hazırda həbsdə olan Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğluna qarşı Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) maddəsi ilə yeni ittiham irəli sürülüb. 
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 

22 aprel 2024-cü ildə məhkəmə Qubad İbadoğlunun ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətini təmin edib.

Lakin mayın 4-də polis əməkdaşları onu uzaqdan müşahidə etmək üçün elektron bilərzik taxıblar.
 
Aytac

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM