Qubad İbadoğlunun vəsatəti təmin olunmayıb

16:52 | 21.08.2023
Qubad İbadoğlunun vəsatəti təmin olunmayıb

Qubad İbadoğlunun vəsatəti təmin olunmayıb

Bakı Apellyasiya Məhkəməsi 2023-cü il avqustun 21-də Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun son 2 ildə olmadığı ofisdə aparılan axtarışın qanunsuz olması barədə vəsatəti təmin edilməyib. Bu barədə onun vəkili Zibeydə Sadıqova məlumat verib. 
 
Bundan əvvəl, avqustun 1-də Bakı Şəhər Nərimanon Məhkəməsi İbadoğlunun ev dustaqlığı vəsatətini təmin etməyib. 
 
İyulun 28-də İbadoğlunun apellasiya şikayəti də təmin edilməyib.
 
İbadoğlu iyunun 23-ü Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
 
Qubad İbadoğlu barəsində Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilib. 
 
Hazırda Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.
 
Britaniyanın Azərbaycandakı Səfirliyi Azərbaycan hökumətini iyulun 23-də həbs olunan Azərbaycan Demokratik Partiyasının sədri Qubad İbadoğlunu dərmana və ədalətli hüquqi proses də daxil olmaqla insan hüquqlarına hörmət edilməsini təmin etməyə çağırıb. Bu çağırışa İngiltərə, Amerika, Almanya, Fransa da qoşulub. 
 
London İqtisadiyyat və Siyasi Elmlər Məktəbi (LSE) də siyasətçinin həbs olunmasından narahatlığını ifadə edib. 
 
 
Eltac Nurullazadə
 

 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM