Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə gecə saatlarında Bakı-Quba yolunun Qaraçay kəndi ərazisindən keçən hissəində baş verib
İdarəetməni itirən "VAZ 21012” markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə iki nəfər ağır xəsarət alıb. Yaralılar Quba rayonun Bərqov kənd sakini 33 yaşlı Cəbrayılov Cəlal Cavanşir oğlu koma vəziyyətində, açık kəllə-beyin travması, rayonun Paşaoba kənd sakini 27 yaşlı Əhmədov Ceyhun Yadigar oğlu isə qapalı kələ-beyin travması, baş-beyinin sirkələnməsi diaqnozu ilə Quba Rayon Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !