• $ 1.7
  • € 2.0021
  • ₽ 0.020531
  • ₺ 0.0411
  • £ 2.3146

Qubada ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB

Qubada ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb - YENİLƏNİB
22.10.2023 18:31
Qubada ağır yol qəzasında ölənlərin sayı üç nəfərə çatıb.

"Report”un Şimal bürosunun məlumatına görə, bu gün saat 15:00 radələrində Quba-Xınalıq yolunun 3-cü kilometrliyində Quba rayon sakini Fərhad Talıbovun idarə etdiyi "VAZ-2107" və Bakı şəhər sakini Nigar Məmmədovanın idarə etdiyi "İnfiniti” markalı nəqliyyat vasitələri toqquşub.

Hadisə nəticəsində Fərhad Talıbov eləcə də, sərnişinləri Sübhan Salmanov və İlkin Rzayev aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər.

Avtomobildə olan digər iki nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Quba RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

17:42

Quba-Qəçrəş avtomobil yolunda ağır yol qəzası baş verib, iki nəfər ölüb, iki nəfər isə xəsarət alıb.

"Report”un Şimal bürosunun məlumatına görə, "VAZ-2107" və "İnfiniti” markalı minik avtomobillərinin toqquşması nəticəsində Rzayev İlkin Şahin oğlu və 1994-cü il təvəllüdlü Salmanov Sübhan Şəhriyar oğlu ölüb.

1999-cu il təvəllüdlü Heydərov Arif Ramil oğlu və 1995-ci il təvəllüdlü Sultanov Yaşar Vladislav oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar xəstəxanaya aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Zabratda qaz olmayacaq
Cəmiyyət 18:05
Sabah Zabratda qaz olmayacaq
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib
Cəmiyyət 17:19
Qarabağ Universitetinin yeni tələbə yataqxanası istifadəyə verilib
Yağıntılı hava şəraiti davam edir -FAKTİKİ HAVA
Cəmiyyət 17:08
Yağıntılı hava şəraiti davam edir -FAKTİKİ HAVA
Kəlbəcərdə beton qarışdıran maşın aşıb
Cəmiyyət 16:24
Kəlbəcərdə beton qarışdıran maşın aşıb
Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət
Cəmiyyət 16:23
Lənkəran-Astara Təhsil İdarəsi bu dəfə uşaq mərkəzinə üz tutmağa hazırlaşır - Şikayət
Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir
Cəmiyyət 16:04
Bakı-Qəbələ-Bakı sərnişin qatarının qrafiki dəyişir
Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
Cəmiyyət 15:51
Bakı metrosunun iş rejimi "Formula 1" günlərində iki saat uzadılır
"Green Card" müraciətipullu olub
Cəmiyyət 15:43
"Green Card" müraciətipullu olub
Yağıntılı hava sentyabrın 21-dək davam edəcək - RƏSMİ
Cəmiyyət 15:31
Yağıntılı hava sentyabrın 21-dək davam edəcək - RƏSMİ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol