Qubada fabrik və 10 hektar taxıl sahəsi yandı

10:21 | 05.07.2014
Qubada fabrik və 10 hektar taxıl sahəsi yandı

Qubada fabrik və 10 hektar taxıl sahəsi yandı

Quba rayonunda yanğın baş verib.

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, yanğın rayonun Qaraçay kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakininə məxsus fabrikin ərazisində sahəsi 250 kvadratmetr olan 3 tikilinin dam örtüyü, fabrikin ərazisində 6 hektar biçilmiş taxıl sahəsi və bələdiyəyə məxsus ərazidə 4 hektar biçilmiş taxıl sahəsi yanıb.

 

Yanğının söndürülməsi üçün Quba ilə yanaşı, Xaçmaz və Şabran  rayonlarının Dövlət Yanğından Mühafizə Hissələrinin  yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

 

Fabrikin digər 3 binası və ərazidə olan 8 yaşayış evi yanğından mühafizə olunub. 6 saat davam edən yanğın söndürülüb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM