Qubada güclü yanğının sahəsi 40 hektara çatıb

11:07 | 20.08.2019
Qubada güclü yanğının sahəsi 40 hektara çatıb

Qubada güclü yanğının sahəsi 40 hektara çatıb

Ötən gün səhər saatlarında Şabran rayonunun dağlıq ərazilərindən başlayan yanğın Qubanın Zərqava kəndininin ərazisinədək uzanıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, alovu ram etmək hələ mümkün olmayıb.

Zərqava inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən Oxu.Az-a verilən məlumata görə, 40 hektara yaxın ərazidə kol-kos və ağaclar yanıb. Yanğın bələdiyyə mülkiyyətində olan torpaqlarda baş verib.

Dünən səhər saatlarından etibarən ərazidə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin regional bölməsinin yanğınsöndürən avtomobilləri və canlı qüvvələri, eləcə də Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Polis Şöbəsinin əməkdaşları və yerli sakinlər yanğının söndürülməsində iştirak edirlər.
Ərazi dağlıq relyefə malik olduğundan, həmçinin hava şəraitinin küləkli olması alovun ram edilməsində çətinliklər yaradır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM