Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzinin rəisi, polkovnik Şahin Mİrzəyev "Report"-a bildirib ki, uşaq huşsuz halda və yerə yıxılmış vəziyyətdə aşkarlanıb.
Onun sözlərinə görə, avqustun 28-də Fövqəladə Hallar Nazirliyinin 112 xidmətindən Şimal Regional Mərkəzinə Quba rayonunun Əski İqrığ kəndi ərazisində Əliyev Natiq Namiq oğlunun timəsi ilə bağlı məlumat daxil olub:
"Dərhal FHN-nin Şimal Regional Mərkəzinin Mülkü Müdafiə Qoşunlarının N saylı Hərbi Hissəsinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin, Dövlət Yanğından Mühafizə Xidmətinin Quba rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları və Daxili İşlər Nazirliyinin (DİN) polis və Daxili Qoşunların əməkdaşları axtarış-xilasetmə işlərinə cəl edilib. İki gün aparılan axtarış-xilasetmə işləri heç bir nəticə vermədi. 30 avqust tarixində FHN-nin Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində azyaşlı uşaq rayonun Əski İqrığ kəndini ərazisindəki meşə massivinin 6 kilometr dərinliyində dağlıq meşə massivi ərazisində tapılıb. Uşaq huşsuz halda və yerə uzanmış vəziyyətdə aşkarlanıb. Əməkdaşlarımız tərəfindən uşağa ilkin tibbi yardım göstərilib və təcili tibbi yardım briqadasına təhvil verilib".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !