"Qafqazinfo” xəbər verir ki, 1986-cı il təvəllüdlü Mehdiyev Şamo Salman oğlu Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.
Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.
O, uzun müddətdir həvəskar şəkildə "skydive” idman növü ilə məşğul olub.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !