Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

20:30 | 21.03.2023
Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

Qubada silsilə oğurluqlar edən şəxslər saxlanılıblar

Quba Rayon Polis Şöbəsinə daxil olan məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri zamanı rayon ərazisində fərqli yerlərdən oğurluq etməkdə şübhəli bilinən Elşad Güliyev və Elşən Hacıyev saxlanılıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən xəbərə görə, araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər qabaqcadan əlbir olaraq rayon ərazisində olan kafe, bağ, eləcə də evlərdən müxtəlif əşyalar və ərzaq məhsulları oğurlamaqda zərərçəkmişlərə ümumilikdə 7905 manat ziyan vurublar.

Faktlarla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb