Qubada son 50 ilin ən güclü yağışı

15:38 | 09.09.2017
Qubada son 50 ilin ən güclü yağışı

Qubada son 50 ilin ən güclü yağışı

Qubada iki gün əvvəll baş verən yağışın fəsadları hələ də aradan qaldırılmayıb. Quba İcra Hakimiyyəti başçısının Xaltan dairəsi üzrə nümayəndəsi Akif Sultanovun İstiPress-ə verdiyi məlumata görə, dairənin əhatə etdiyi 6 kənddə - Nütəh, Muçu, Rəngidar, Xaltan, Utuqda enerji yoxdur. Buna səbəb ərazidə elektrik dirəyinin aşmasıdır.

Hazırda "Azərişıq" ASC-nin Quba rayon şöbəsinin əməkdaşları enerjinin verilişinin bərpası üçün iş aparır.

Xatırladaq ki, sentyabrın 7-dən 8-nə keçən gün Qubaya son 50 ilin ən güclü yağışı yağıb. İstiPress-in Şimal bürosunun məlumatına görə, bu səbəbdən Vəlvələçayda suyun səviyyəsi 2 metrə qalxıb.

Güclü sel Quba-Qonaqkənd yolunda qoruyucu beton bəndi dağıdıb. Afurca kəndində Durahi adlanan, 20 ailənin yaşadığı məntəqənin yolunu sel dağıdıb. Əhalinin nəqliyyatla çıxışı mümkünsüzləşib.

Sel dağ kəndlərində enerji problemi də yaradıb. Qarxun kəndində bir neçə evi su basıb. Quba Fövqəladə Hallar Komissiyası selin vurduğu ziyanı dəqiqləşdirir.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM