Quba Memorial Soyqırım Kompleksindəki insan sümükləri çürüməyə başlayıb.
ANN.Az xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnistitutunun aparıcı elmi işçisi Qəhrəman Ağayev report-a bildirib ki, ərazi yüksək səviyyədə qorunsa da, korroziyyanın qarşısını almaq mümkün deyil. "Bu il aprelin 1-də məzarlığın aşkar edilməsinin 10 ili tamam olacaq. Təbii proseslər nəticəsində çürümə halları arta bilər. Azərbaycan Milli Elmlər Akademiyasında tarixçi alimlərin iştirakı ilə bir neçə dəfə müşavirə keçirilib. Qərara alınıb ki, sümüklərin çürüməməsi üçün ərazi mütləq şüşə örtüklə bağlanılmalıdır.
Əks halda çürümə prosesi sürətlənəcək".
Q.Ağayev əlavə edib ki, ərazidə çürümə ilə yanaşı, torpaq sürüşməsi də baş verir: "Nəticədə quyulardan biri yararsız hala düşüb. Bu prossesin qarşısını almaq üçün aidiyyatı təşkilatlar iş görməlidir. 100 illik tarix göz önündə məhv olur".
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə, 2012-2013-cü illərdə ərazidə Memorial Xatirə Kompleksi tikilərək istifadəyə verilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !