Qubada üç avtomobil toqquşub, ölənlər var - YENİLƏNİB

Sentyabrın 10-u axşam saatlarında Quba rayonunun Alekseyevka kəndi ərazisində "Mercedes-Benz”, VAZ-2107 və "Niva” markalı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
23:06
APA xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb.
Qəzada üç avtomobil toqquşub. Hadisədən sonra avtomobillərdən biri alışıb.
İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 