Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı - FOTOLAR

12:13 | 27.11.2020
Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı - FOTOLAR

Qubadlıda Şərq çinarları əkildi, tut bağı salındı - FOTOLAR

Növbəti ağacəkmə aksiyası işğaldan azad olunmuş Qubadlı rayonunun Qaralar kəndi ərazisində, erməni işğalçıları tərəfindən məhv edilmiş yaşı 300 ildən artıq olan Şərq çinarı təbiət abidəsinin yerləşdiyi ərazinin yaxınlığında keçirilib.

Anews.az bildirir ki, nazirliyin və Qubadlı rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə baş tutan aksiyada karantin rejiminin tələblərinə əməl olunmaqla 50-dən çox Şərq çinarı əkilib, yol kənarındakı kəsilmiş tut ağaclarının yerinə isə 400 tut ağacı əkilməklə tut bağı salınıb. Bununla da, erməni işğalçıları tərəfindən Qarabağ bölgəsində məhv edilmiş yaşıllıqların yenidən bərpasına töhfə verilib.

Respublika ərazisində həyata keçirilən payız ağacəkmə kampaniyası çərçivəsində işğaldan azad olunmuş Füzuli, Zəngilan və Ağdam rayonlarının ərazilərində də ağacəkmə aksiyaları keçirilib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb