APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Quba rayonunun Qırız kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığı 25 sm-ə çatıb.
Quba Regional Hidrometeorologiya Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, qarın hündürlüyü Xınalıqda 20 sm, Bostankeçdə 18 sm, Qusar rayonunun Ləzə stansiyasında 12 sm, Kuzunda 7 sm, Susayda isə 6 sm-dir.
Havanın temperaturu bəzi yerlərdə mənfi 7 dərəcəyədək düşüb.
Qeyri sabit hava şəraitinin aprel ayının 25-dək davam edəcəyi gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !