Qüdsdəki “Avroviziya”da iştirak edəcəyikmi? - Açıqlama

16:45 | 17.05.2018
Qüdsdəki “Avroviziya”da iştirak edəcəyikmi? - Açıqlama

Qüdsdəki “Avroviziya”da iştirak edəcəyikmi? - Açıqlama

Bu il mayın 12-də Portuqaliyanın paytaxtı Lissabonda "Altis Arena”da keçirilən Avroviziya-2018 beynəlxalq mahnı müsabiqəsinin qalibi İsrail təmsilçisi Netta Barzilay olub. İsrailin Baş naziri Benyamin Netanyahu müğənnini qələbə qazanması münasibətilə təbrik edib və növbəti il müsabiqənin Qüdsdə keçiriləcəyini bildirib.

İsrail Baş naziri Netanyahunun musiqi yarışmasını siyasiləşdirməsi müzakirələrə yol açıb. Artıq indidən Qüdsdə keçiriləcəyi bəyan edilən Avroviziya-2019 yarışına dövlətlərin nümayəndə göndərib-göndərməyəcəyi mübahisələndirilir. Ölkəmizin də sözügedən yarışmaya qatılıb-qatılmaması ictimaiyyətdə müzakirə edilən mövzulardan biridir.

Məsələ ilə bağlı Kult.az-a danışan İctimai TV-nin "Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə iştirakçıların hazırlanmasında məsul olan departamentinin əməkdaşı televiziyanın rəhbərliyinin dəyişdiyi üçün bu barədə dəqiq məlumat verə bilməyəcəklərini deyib.

O bildirib ki, dəyişiklik prosesindən sonra yeni rəhbərlik bununla bağlı qərarını verəcək.

Qərar iyun ayında açıqlanacaq.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb