"16 İŞİD üzvü həbsxanalarımızda saxlanılır" - Ədliyyə naziri

16:36 | 20.11.2014
"16 İŞİD üzvü həbsxanalarımızda saxlanılır" - Ədliyyə naziri

"16 İŞİD üzvü həbsxanalarımızda saxlanılır" - Ədliyyə naziri

Türkiyənin ədliyyə naziri Bekir Bozdağ Türkiyə Böyük Millət Məclisində keçirilən iclasda iştirak edib və o, ölkədəki hüquqi durumla bağlı çıxış edib.

ANN.Az xəbər verir ki, nazir Bekir Bozdağın açıqladığı faktlar arasında ən maraqlısı İŞİD-lə bağlı olub. O, bildirib ki, hazırda ölkə ərazisində, yaxud Suriya sərhədini keçməyə çəhd edərkən tutulan 16 İŞİD üzvü siyahıya alınıb: "Bundan əlavə Niğdə bölgəsinin Uluqışlaq qəsəbəsindəki hücum zamanı tutuqlanan 3 İŞİD üzvü hazırda Ankaradakı 2 saylı cəzaçəkmə müəssisəsindədir. Onların istintaqı davam edir".Nazir hazırda saxlanılan İŞİD üzvlərinin hansı ölkədən olmalarının, ölkəyə necə keçmələri və digər məlumatların araşdırıldığını deyib.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM