"20 ildən sonra xərçəngə tutulanların sayı 2 qat artacaq"

21:12 | 14.03.2014
"20 ildən sonra xərçəngə tutulanların sayı 2 qat artacaq"

"20 ildən sonra xərçəngə tutulanların sayı 2 qat artacaq"

 Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son zamanlar xərçəng xəstələrinin sayının artması ilə əlaqədar xəbərdarlıq edib.ÜST-nin hesabatına görə, əgər 2012-ci ildə dünyada onkoloji patologiyalar 8,2 milyon insanın ölümünə səbəb olmuşdusa, 20 ildən sonra xərçəng xəstəliyinə tutulanların sayı 2 qat artacaq və 13 milyon insan bu xəstəlikdən dünyasını dəyişəcək. APA-nın Səhiyyə Nazirliyinin “Tibb” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Xərçəng Xəstəliyi Araşdırmaları Agentliyinin (İARC) “Dünya Xərçəng Hesabatı-2014” konfransında məlumat verilib. Qeyd olunub ki, 2012-ci ildə dünyada 14 milyon olan yeni xərçəng xəstəsi sayının gələcək 20 ildə 22 milyona çatması gözlənilir. Hesabata görə, 2012-ci ildə onkoloji xəstələrə ən çox ağciyər, süd vəzisi və bağırsaq xərçəngi diaqnozu qoyulub. Ən çox ölüm hallarının da ağciyər xərçəngi xəstələri arasında baş verdiyi bildirilib: “Son 6 ilin müqayisəsi xəstəliyin sürətlə artdığını göstərir, xüsusilə orta və aşağı gəlirli ölkələrdə bu göstərici daha yüksəkdir. Xərçəng qlobal problemdir və sadəcə, xəstəliyi müalicə etməklə onun qarşısını almaq mümkün deyil”. Təşkilatın Elmi şurası xəstəlik riskini artıran səbəblər kimi siqareti, fastfudu qidaları və fiziki aktivliyin azlığını göstərib. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM