"Rusiyaya qarşı sanksiyaların genişləndirilməsi, eləcə də Çexiya və Polşada ABŞ raket müdafiə sisteminin hissələri kimi, NATO Gürcüstan və Moldovada işlərini sürətləndirməlidir. ABŞ Konqresi Moskvanın hərəkətlərinə qarşılıqlı addımlar atmalıdır".
ANS PRESS-in məlumatına görə, bu sözləri "Amerikanın səsi" radiosuna müsahibəsində ABŞ senatoru Con Makkeyn bildirib.
"Biz Putini başa düşməliyik. O, 20-ci əsrin ən böyük fəlakətlərindən biri olan SSRİ-nin KQB-sinin polkovnikidir. Biz indi onun təcavüzkar hərəkətlərinə cavab verməliyik"- deyə Makkeyn bildirib.
Bizi sosial şəbəkələrdə izləyin !