"ABŞ-la Azərbaycanın əməkdaşlığı demokratiyaya imkan yaradır"

14:58 | 13.12.2013
"ABŞ-la Azərbaycanın əməkdaşlığı demokratiyaya imkan yaradır"

"ABŞ-la Azərbaycanın əməkdaşlığı demokratiyaya imkan yaradır"

Rodjer Viker Missisipi ştatının senatoru, Senatın silahlı qüvvələr üzrə komitəsinin üzvü Bu ayın sonunda Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında üzv kimi öz tarixi missiya müddətini tamamlayacaq. Şərqi Avropa ölkələrinə nümayəndə kimi seçilmiş bu ölkə son iki onillik boyunca əhəmiyyətli transformasiyanı vurğulayır. Bu gün Azərbaycan Qafqaz regionunda həm də ən nüfuzlu liderdir.Azərbaycanın sonrakı dünya arenasında tanınması, ələlxüsus da, ABŞ-ın marağındadır. Çünki bu iki ölkənin qarşılıqlı maraqları var. Biz nüvə İranı və Rusiya tərəfindən təzyiqin güclənməsiylə bağlı narahatçılığımızı bölüşürük. Biz, həmçinin, daha təhlükəsiz və çiçəklənən dünyanın olmasına cəhd edirik, burada terrorçular qaçaq düşürlər və kütləvi məhv etmə silahının yayılmasında azalma olur. Amerika 11 sentyabr 2001-ci il hadisələrindən sonra Azərbaycanın terrorizmlə mübarizə sahəsində sadiq olmasını qeyd edir və hücumlardan sonra Azərbaycan söz verdiyi yardımları edir. Amerika əsgərləriylə birlikdə xidmət üçün öz hərbçilərini Əfqanıstana yönəldib və "Sarsılmaz azadlıq" əməliyyatında söz verdiyi dəstəyi göstərib. İndi Əfqanıstanda sabitləşmə, quru, hava və su yolu ilə daşınmalarda Azərbaycanın strateji yerləşməsiylə əlaqədar möhkəmlənmə halı baş verib. Əfqanıstanda amerika qoşunları üçün avadanlığın üçdə birindən çoxu bu ölkənin üstündə və ya paytaxt Bakının üzərindən keçir. Terrorizmlə mübarizə üzrə öhdəliklərinə uyğun olaraq Azərbaycan hətta əfqan təhlükəsizlik güclərinin dəstəklənməsinə söz verib, halbuki növbəti ildə NATO qoşunları bu ölkədən çıxarılması gözlənilir.Birləşmiş Ştatlar xoşbəxtlikdən Xəzər regionunda sabit müttəfiqə malikdir və bu müttəfiqlə daim əməkdaşlıq marağındadır. Hərçənd, çoxları o fikirlə qarşılaşırlar ki, post-sovet ölkəsində demokratik islahatların keçirilməsi üçün əlavə addımlar atılmalıdır. Sevindirici haldır ki, Azərbaycan kommunist idarəçiliyinin onilliklərindən çıxıb, iqtisadi çiçəklənmə və azadlıq yoluna qədəm qoyub. Hadisələrin gedişatı üzrə, Azərbaycan energetika dövlətinə çevrilib, Rusiyanın enerji asılılığından tez-tez əzab çəkən bizim Avropa müttəfiqlərimiz üçün energetika marşrutlarının və resurslarının diversifikasiyasının ehtiyacını dərk edir. Bakı vasitəsilə yeni qaz kəmərlərinin çəkilməsi dünya energetika bazarında Azərbaycanın liderliyinin genişlənilməsini təsdiq edəcək və NATO üzrə bizim müttəfiqlərimizə Kremlin nəzarət etmədiyi energetika resurslarına qoşulmağa imkan verəcək. Mən hər iki siyasi partiyadan olan kolleqalarıma bu müvəffəqiyyətləri davam etdirməyə və ikitərəfli əməkdaşlığı dərinləşdirməyə qoşuluram. Keçən ilin iyununda ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın dediyi kimi, ABŞ və Azərbaycanın "ümumi maraqlarının geniş spektri" "Birləşmiş Ştatların xarici siyasətinin ən yüksək prioritetlərindən əksəriyyəti ilə kəsişir".  Bu məhsuldar əməkdaşlıq münasibətlərini nəzərə almaqla, təəssüf doğurucu haldır ki, Obama administrasiyası Azərbaycan prezidenti İlham Əliyevin bu yaxınlarda növbəti dəfə prezident postuna seçilməsini tənqid etdi və eyni zamanda, İranda prezident Həsən Ruhaninin seçilməsini təriflədi. Qərblə diplomatik münasibətləri genişləndirən və demokratik ideallara hörmət edən qonşu Azərbaycandan fərqli olaraq, İran heç vaxt ABŞ-a düşmən münasibətdə olduğunu və nüvə dövləti olmağa iddialı olduğunu gizlətməyib. Gözləntilər vardı ki, hər iki ölkədə bu yaxınlarda keçirilmiş seçkilərin ədalətli və qanuni olmasına dair ehtiyatlılığa baxmayaraq, Amerika öz rəqibinə nisbətən, müttəfiqinə isti münasibət bəsləyəcək.  Amerikanın Avropa təhlükəsizlik və əməkdaşlıq təşkilatında Amerikanın öhdəliklərinə nəzarəti həyata keçirən ABŞ-ın Helsinki komissiyasının həmsədri kimi, bu ilin əvvəlində Xəzər regionuna baş çəkmək və prezident Əliyevlə, xarici işlər naziri Elmar Məmmədyarovla görüşmək imkanım oldu. Ümid edirəm ki, Azərbaycan onların rəhbərliyinin altında ATƏT-lə münasibətlərini irəli çəkməyə davam edəcək, çünki o, növbəti ildə ATƏT-in Parlament assambleyasını qəbul etməyə hazırlaşır. Avropanın, Asiyanın və Yaxın Şərqin kəsişməsində dinamik və müasir dövlət olaraq, Azərbaycan ən əhəmiyyətli müttəfiqdir və buna görə də Birləşmiş Ştatların diqqətinə və dəstəyinə layiqdir. Hərçənd, onun demokratiya yolu – bizim ümid etdiyimiz qədər deyil, demokratik prinsiplərin inkişafı bütün dünyada ABŞ-ın və başqa azad ölkələrin təhlükəsizliyinin təminatı deməkdir.  ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM