"Apple" kompüteri 905 min dollara satılıb

11:17 | 23.10.2014
"Apple" kompüteri 905 min dollara satılıb

"Apple" kompüteri 905 min dollara satılıb

Apple şirkətinin ilk kompüterlərindən biri Nyu Yorkun Bonhams auksionunda 905 min dollara satışa çıxarılıb. Bu Apple-1-in 1976-cı ildə istehsal olunmuş modelidir. Auksionun  başlanğıcında məhsulun qiyməti 300-dən 500 min dollara qədər təklif olunub. 

Verilən məlumata görə, kompüter hal-hazırda işlək vəziyyətdədir. Stiv Voznyak bu modeldən 200 ədəd istehsal olunduğunu deyib.

Daha əvvəlki auksionlarda belə bir yüksək qiymətə rast gəlinməyib. Xatırladaq ki, 2010-cu ilin noyabrında eyni model 210 min dollara, 2013-cü ilin iyulunda 390 min dollara, həmin ilin mayında 671 min dollara satılıb. 

Auksiona çıxarılan məhsul AppleSiders qrupunun qurucularından və ilk prezidenti Con Barkli Andersona məxsusdur. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür